Qırğızıstan parlamenti bu ölkədə ABŞ hərbi bazasının yaradılması memorandumuna etiraz edib.
Qırğızıstan parlamentinin beynəlxalq komitəsi bu gün bu ölkə paytaxtı Bişkekdə Manas hava limanında ABŞ hərbi bazasının yerləşdirilməsi memorandumuna qarşı çıxılmasını istəyib.
Qırğızıstanda Amerika hərbi bazasının yaradılmasına qarşı layihə bundan öncə parlamentdəki bütün partiyaların nümayəndələri tərəfindən təsdiqlənib və həmçinin parlamentin əlaqədar komitələrinə təqdim olunub.
Manas bazası ilk öncə koalisiya qüvvələrinə üzv bir neçə ölkənin hərbi texnika və texniki qüvvələrinin yerləşdirildiyi məkan idi. Lakin son illərdə Manas yalnız amerikalı hərbçilərin hava bazasına çevrilmişdir.
