Amerikalı jurnalist: Tehranda sanksiyanın təsirlərindən əsər-əlamət görmədim

Amerikanın PBS telekanalının müxbiri- Uilyam Berenqam zahirdə İranın sanksiyada olması ilə bağlı heç bir nişanənin olmadığını bildirərək, deyib: İzdihamlı prospektlər, mallarla dolu satış mərkəzləri və küçələrdə böyük tıxacların olması zahirdə iflicedici sanksiyaya məruz qalmış bir ölkəni göstərmir.

Son zamanlar iki həftə müddətinə İrana səfər etmiş bu amerikalı jurnalist bu telekanalla müsahibədə İran barədə müşahidələrinin nəticələrindən danışıb.

O, əlavə edib: Buranın xalqı deyir ki, əsas problem, əmtəə malının olmaması deyil, inflyasiya yuxarıdır, malların qiymətləri bank və neft sanksiyaları kimi güclü sanksiyalardan qabaqkı zaman ilə müqayisədə iki-üç dəfə qalxıb.
Berengam Tehranın Comhuri prospektində yerləşən elektron ləvazimatlar bazarına işarə edərək, deyib: Biz burada sanki Nyu-York ətrafındakı elektronika bazarındayıq. Təqribən burada hər nə var. Siz bu bazarda təqdim olunan əmtəə mallarının həcmini hətta təsəvvür belə edə bilməzsiniz. Apple və Samsung-un məhsulları və mobil telefonların sonuncu modelləri. Buranı görmək gərəkdir. “MAC” məhsullarını satan mağaza sahiblərindən biri dedi ki, bir bluetooth qulaqlığa malikdir ki, yalnız onun oxşarı Nyu-Yorkda “Apple” şirkətinin satış mərkəzlərində var.
Bu amerikan müxbir əlavə edib: Gördüklərimizdən irəli gələn aşkar nişanələrə əsasən, İran ictimaiyyətinin xas hissələri firavanlıq içindədirlər.

↑
Mobil sürümden çık