İran Məclisi Milli Təhlükəsizlik Komissiyası Başçı Vəkili “Amerikalılar müzakirələrdə zorakılığa təvəkkül , bir sıra tələblərini Avropalıların ağızından gündəmə gətirirlər ” dedi.
İslami Şura Məclisi Ərdəbil Millət vəkili və Məclis Milli Təhlükəsizlik Komissiyası Başçı Vəkili Mənsur Hakikatpur dünən danışarkən “Biz nüvə müzakirələrdə istər ABŞ olsun , istər qərbli başqa bir super güc , zorakılığa söykənən heç bir başqa tərəfə güzəşt vermərik. Məsələ İran xalqının haklarıysa əsla geri addım olmaz “dedi.
Hakikatpur ayrıca “Amerikalılar nüvə müzakirələrdə zorakılığa söykənən bir sıra tələblərini Avropalıların ağızından gündəmə gətirməyə çalışırlar. Biz bu vəziyyəti qəbul edə bilmərik ” şəklində danışdı.
Məclis Milli Təhlükəsizlik Komissiyası Başçı Vəkili Hakikatpur daha sonra bu komissiyanın nüvə müzakirələrlə əlaqədar olaraq Respublika başçısına xitab olaraq yazdığı bir məktuba toxunaraq “Biz bu məktubda Cumhurbaşkanından , nizamın qırmızı xəttlərinə riayət olunmasını istədik. Çünki həm xalq və həm İslam İnqilabı Rəhbəri müzakirə heyətinə güvənir. Buna görə müzakirələrin xalqın hüquqlarının alınması və ölkənin nüvə enerji sahəsinə bağlı ehtiyaclarının aradan qaldırılması çərçivəsində təqib edilməsi lazımdır ” ifadəsini istifadə etdi.
