Amerikan hərbçilərin iraqlıların cəsədlərinə hörmətsizlikləri

Bir internet portalının Amerikan hərbçilər tərəfindən iraqlıların cəsədlərinin yandırılmasını əks etdirən foto yayılıb.

TMZ portalı tərəfindən yayılan 41 fotoda iraqlıların cəsədlərinin ABŞ hərbçiləri tərəfindən yandırıldığı görünür.
Fəlucədə çəkilən fotolardan birində bir Amerikalı hərbçi bir cəsədin üzərinə maye tökür və başqa şəkildə həmin cəsədi yandırır.
Şəkillərdən birində də bir amerikalı hərbçi bir iraqlının beyinini avtomat silahla hədəfə alıb.
İki il bundan qabaq da, “Kənar qırğın” adlı bir video yayılmışdı və göstərirdi ki, Amerika ordusunun əsgərləri bir vertolyotdan bir jurnalistə daxil olmaqla iraqlı mülki əhalini qırğın edirlər, həmin videoda yaralıları daşımaq üçün əraziyə gələn təcili tibbi yardım maşını da hədəfə alınır.
Amerikan hərbçilərin İraqdakı cinayətləri və Əbu-Qorəyb həbsxanasında insan haqlarını geniş şəkildə pozmaları o qədər qorxunc xarakter daşıyırdı ki, bir çox medialar bu cinayətlərin faktlarını yaymışlar. Həmin sənədlərdən biri də, bir amerikalı hərbçinin iraqlıların cəsədləri üstündə durub dodağında siqaret gülümsündüyünü göstərən foto idi. həm də lütlənmiş iraqlı bir qadının amerikalı əsgərlər tərəfindən işgəncə edildiyini göstərən şəkildə bu qəbildəndir.

Amerikanların cinayətləri İraqa məhdudlaşmır və amerikanların Əfqanıstan və Pakistanda terrorizm ilə mübarizə və insan haqlarına baxışlarının reallığı göz qabağındadır.
Əfqanıstan Quantanamoso ləqəbini almış Bəqram həbsxanası da Amerika dövləti tərəfindən insan haqlarının kobud şəkildə pozulduğuna dair növbəti faktdır.
İnsan haqları gözətçiləri təşkilatının Əfqanıstanda Bəqram həbsxanasında amerikan hərbçilərin məhbuslara işgəncələri barədə apardığı araşdırmalar göstərir ki, psixi və cismi işgəncələrə görə 600 əfqan hərbçi və mülki intihar edib.

↑
Mobil sürümden çık