Amerikan insan haqları gözətçisi: Obama insan haqlarını pozmaqda Buşdan heç də geridə qalmır

Bir amerikan insan haqları gözətçisi bildirib ki, Barak Obama insanların haqlarını pozmaqda ABŞ-ın sabiq prezidenti- Corc Buşdan heç də geridə qalmır.

Dövlət Məsuliyyəti Layihəsi adlı qeyri-hökumət amerikan təşkilatın Milli təhlükəsizlik və İnsan Haqları şöbəsinin müdiri- Cislin Ridek “Rusiyanın səsi” adlı dövlət radiosuna deyib: Hamı elə fikirləşirdi ki, Obama Amerikadakı dəyişikliklərin zaminidir və qanun əleyhinə hərəkətlər etməkdə böyük keçmişə malik olan Buşdan fərqlənir, lakin vəziyyət dəyişmədi və əslində onun barəsində bizə yalan dedilər.
Ridek əlavə edib: Hal-hazırda Buş dövlətində adi bir üsul sayılan cəmiyyətdə ədalət və sədaqətin qurulması üçün mübarizlərin qorxudulmaları yerinə, onları tutub, zindana salırlar və bu sahədə vəziyyət son dərəcə təhlükəlidir.
Amerikan insan haqları gözətçisi ABŞ-ın hərbi-sənaye kompleksinə daha çox bənzədiyini bildirərək, deyib: Bu kompleks konqres və bir neçə iri şirkət tərəfindən idarə olunur və hər şeyə nəzarət edilir.
O, əlavə edib: İri amerikan şirkətlər qüdrəti ələ alıblar və onun bir hissəsi bu ölkənin hərbi başçılarının ixtiyarındadır və iki cinah son dərəcə dərin köklər atıbdır.

↑
Mobil sürümden çık