Amerikanın hərbi gəmisi Türkiyənin Dardanel boğazından keçərək Qara dənizə doğru hərəkət edib.
İRNA-nın verdiyi məlumata görə Ukraynada baş vermiş son hadisələrin ardınca Amerikanın USS Trokston adlı hərbi gəmisi Türkiyənin Dardanel boğazını keçərək Qara dənizə doğru hərəkət edib.
Amerikanın bu hərbi gəmisi uzaqdan idarə edilən raketlər daşıyır və Bosfor boğazını keçərək Qara dəniz sularına daxil olacaqdır.
Bu məlumata əsasən Amerikanın hərbi gəmisi Ukrayna hadisələrinə görə Qara dənziə yollanır. Amma Türkiyənin bəzi xəbər mənbələri bu hərbi gəminin Qara dənizə daxil olmasının iki ay öncədən proqramlaşdırıldığını bildirirlər. Bundan öncə də Rusiyanın iki hərbi gəmisi Dardanel boğazından keçərək Qara dənizə daxil olmuşdur.