DünyaİranXƏBƏRLƏR

Amerikanın İrana qarşı yeni sanksiyaları

Amerikanın Maliyyə Naziriliyi qanunsuz sanksiyalardan kənar olaraq, nüvə enerjisi proqramında İrana kömək etdiyini iddia etdiyi daha 20 şirkət və şəxsi qara sanksiyalar siyahısına salıb.

Bu siyahıda üç nəqliyyat şirkəti, o sıradan “Aban Aır”, “Everex və DFS” şirkəti, bu şirkətlərin başçıları; Malayziyada yerləşən “Petro Green” şirkətinin adları görünür.

Bu sanksiyalar siyahısı amerikalı şəxs və şirkətlərə adları bu siyahıda qeyd olunan şəxs və şirkətlərlə alver etməyi qadağan edir.
ABŞ, sionist rejim və onların bir neçə müttəfiqi dəfələrlə İranı nüvə enerjisi proqramında hərbi məqsədlər izləməkdə ittiham ediblər. Amerika və onun avropalı müttəfiqləri bu əsassız ittihamlara əsasən, İran İslam Respublikasına qarşı sanksiyalar tətbiq ediblər.

Çərşənbə günü ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi İranın nüvə proqramına görə, bu ölkənin İran İslam Respublikasına qarşı qanunsuz sanksiyalarını şiddətləndirmək üçün yeni addımlar atıbdır.

Bu komitə İrana qarşı bir qanun qəbul edibdir ki, ona əsasən, İranın avtomobilqayırma və mədən sənayesi üstəgəl xarici valyuta ehtiyatları hədəfə alınır. Neft ixracatı sektoru xüsusiyyət təşkil etməklə əsasən İranın maliyyə və enerji sektorlarında təmərküzləşmiş bu qanun həmçinin Amerika prezidentinə icazə verir ki, İranın mühəndislik sənayesi kimi digər sənaye sahələrinə də oxşar məhdudiyyətlər tətbiq etsin.

İran özünün nüvə enerjisi proqramı haqdakı iddiaları qətiyyətlə rədd edir və vurğulayır ki, NPT-ni imzalamış ölkələrdən və AEBA-nın üzvlərindən biri kimi, sülhsevər məqsədlərlə nüvə enerjisindən istfadə haqqına malikdir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də İranın nüvə təsisatlarından çoxlu sayda qəflətən araşdırmalar apararaq, indiyədək İran İslam Respublikasının nüvə enerjisi proqramında nüvə silahları əldə etməyə doğru yayınma halına dair heç bir fatk əldə etməyibdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu