İngilis tələbələr Milli Hərəkat günü adlanan bu gün İngiltərə polisinin kobud rəftarlarına etiraz əlaməti olaraq Londonun müxtəlif prospektlərində aksiya keçirməyi qərara alıblar.
Aksiyada təxminən 2 min 400 tələbnin iştirak edəcəyi və polisdən repressiya hərəkətlərinə son qoyulması kimi tələbatın irəli sürülməsi gözlənilir.
Aksiyalar bir halda həyata keçiriləcək ki, London Universitet təmsilçiləri universitet ətrafında 6 ay müddətində və 2014-cu il İuyn ayınadək hər bir aksiyanın keçirilməsinə qadağa qoyublar.
Ötən həftə Londonda tələbələr ölkənin təhsil sisteminin özəlləşdirilməsi siyasətinə eitraz olaraq aksiya keçirib və London Universitetlər Birliyinin tətil edilməsi üçün həyata keçirilən səyləri pisləyiblər.
Həmin aksiyalar polis qüvvələrinin müdaxiləsinəticəsində, 41 nəfər tələbənin həbs edilməsi ilə nəticələnib.
