“Amerikaya ölüm” şüarı İranın İslam Şurası Məclisində uca fəryadla səsləndirilib

İranın İslam Şurası Məclisinin üzvləri 13 aban, 4 noyabr beynəlxalq imperializmlə milli mübarizə günü ərəfəsində məclisdə ” Amerikaya ölüm” şüarını səsləndiridilər.
İRNA-nın verdiyi məlumata görə İranın İslam Şurası Məclisinin üzvləri bu gün bazar günü( 3 noyabr) məclisin açıq iclasında 13 aban və beynəlxalq imperializmlə mübarizənin zəruriliyi haqda söhbət edən İranın İslam Şurası Məclisinin birinci sədr müavini Seyid Məhəmməd Həsən Əbu-Torabifərdın çıxışının sona çatmasından sonra “Amerikaya ölüm” şüarını səsləndirdilər.
Sabah bazar ertəsi günü 13 aban, 4 noyabr İran İslam Respublikasının təqvimində beynəlxalq imperializmlə milli mübarizə günü və məktəbli günü kimi adlandırılıb.
1979-cu milad ili noyabrın 4-də iranlı tələbələr Amerikanın İran İslam İnqilabına qarşı çox saylı fitnəkar planlarına etiraz olaraq, Amerikanın Tehrandakı səfirliyi, casusluq yuvasını ələ keçirdilər.

↑
Mobil sürümden çık