İranXƏBƏRLƏR

Ruhani: İrana qarşı təzyiqlər nüvə işinin həlli prosesini zəhərləməkdən başqa işə yaramır

İran İslam Respublikası prezidenti Asiya Forumu və Xarici Əlaqələr Şurasının Düşüncə Otağında təşkil edilmiş toplantıda deyib: İrana qarşı təzyiqlər yalnız İranın nüvə işinin həlli prosesini zəhərləməyə xidmət edir.

Höccətülislam Ruhani Nyu-Yorkda Asiya Forumu və Xarici Əlaqələr Şurasının Düşüncə Otağında təşkil edilmiş toplantıda seçkilərə mötədillik şüarı ilə qatıldığını və qələbə çaldığını xatırladaraq, ölkənin xarici siyasətini mötədillik və gərginlikləri azaltmaq prinsipi əsasında quracağını bildirib. Səhər kanalının internet saytının məlumatına görə,Cənab Ruhani əlavə edib: Ölkələrarası əlaqələrin bir-birinə sıx bağlı olduğu bir dövrdə problemləri əməkdaşlıq və anlaşma yolu ilə həll etmək lazımdır.
İran prezidenti daha sonra deyib: Dünya qüdrətləri də bu qaydadan müstəsna deyillər.

Cənab Ruhani deyib: İran seçkilərindən aydın olur ki, bizim dini demokratiya dediyimiz fenomen necə öz yetkinlik dövrünü təcrübə edir.

O, İranda seçkilərin regionun hər zamandan daha artıq etnik və məzhəbi ifratçılıq ilə üz-üzə olduğu bir şəraitdə keçirildiyini də deyib.

Ruhani İranın nüvə işi haqda da deyib: Hamımız bilirik ki, İrana qarşı əsassız iddialarla başlıca təhrikedici amil kimdir.

O, əlavə edib: İranın nüvə fəaliyyəti ilə bağlı daim təhlükə siqnalı verənlər hətta, ABŞ-ın kəşfiyyat qurumlarının İranın atom bombası ardınca olmadığı barəsindəki hesabatlarına belə əhəmiyyət vermirlər.

Cənab Ruhani İrana qarşı sanksiyalarla bağlı da deyib: Təzyiqlər, hədə qorxular və təhdid yalnız atmosferi zəhərləməyə xidmət edir və bizim iradəmizə qalib gələ bilməz.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu