
Cümə Axşamı günü 1389-cu hicri şəmsi ili isfənd ayının 26-da 2010-cu milad ili martın 16-da saat 17-də yorulmaz azərbaycanlı mücahid Hacı Əlikram Azərbaycan Respublikasında İslam dininin yenidən bərpası və canlanması yolunda illər boyu mücahidlik edib, əzab-əziyyətlərə dözdükdən sonra özünün Bakının Nardaran qəsəbəsindəki şəxsi mənzilində vəfat etdi.
Mübariz müsəlman habelə Qafqaz və Azərbaycan Respublikasında islamçıların mücahid sədri İsmayıloğlu Hacı Əlikram 1940-cı ildə Bakının şimalından 25 kilometrdə yerləşən Nardaran qəsəbəsində dindar bir ailədə dünyaya göz açdı. Hacı Əlikram dinlə düşmən olan kommunist rejimin xaos və boğucu atmosfer yaratmasına rəğmən Nardaranın mənəvi fəzasında böyüyüb, başa çatmasına görə İslami maariflə tanış oldu. Hacı Əlikram 1965-ci ildə Bakı İdman İnstitutunda təhsilini bitirdi. Hacı Əlikram sonra qısa müddət üçün müəllimlik peşəsi ilə məşğul oldu. Hacı Əlikram sonra özünün ailəvi peşəsi və İslam dinində dəfələrlə təkid edilən əkinçilik peşəsi ilə məşğul olaraq, güzəran edib, sabiq Sovet İttifaqının dinə qarşı olan rejimi ilə əməli formada mübarizələrinə başladı.
Hacı Əlikram özünün təkidinə görə, İranda İslam İnqilabının zəfər çalmasından sonra İmam Xomeyni(rə)in müqəllidlərindən olub, İmam Xomeyni(rə) və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei-yə böyük və sədaqətli məhəbbəti var imiş.
Sabiq Sovet İttifaqının dağılmasından və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra Hacı Əlikram qeyd edilən məntəqələrdə islamçıların sədri idi və “Azərbaycan Respublikası İslam Partiyası” yadakı onun təbirincə desək “ Azərbaycan İslam Respublikası Partiyası”nı təsis etdi. Hacı Əlikram və onun köməkçilərinin Qərbin istilası,Sabiq Sovet İttifaqının kommunist hakimiyyəti və canişinləri olan qərbyönlü və sionistyönlü hökumətlərə qarşı mübarizələri və mücahidətləri həmçinin müsəlman xalq və ziyalıları İslam dini və dini dəyərlərin hakimiyyətinə dəvət etməsi Hacı Əlikramın ən parlaq hərəkətlərindən hesab edilir.
Hacı Əlikram Sabiq Sovet İttifaqının dağılmasından öncə dini təmayüllərə malik olduğuna görə bir çox ictimai imtiyazlardan məhrum edildi və sabiq Sovet İttifaqının dağılmasından və Azərbaycan Respublikasında Heydər Əliyevin hökumətinin sabitləşməsindən sonra uzun illər boyu bu hökumətin qorxunc həbsxanalarında qalıb, ən kəskin işgəncələrə və hörmətsizliklərə məruz qaldı. Belə ki, həbsxanada onun şəkər xəstəliyi şiddətləndi və Bakı dövləti ona müalicə və həkimə müraciət etmə icazəsi vermədi. Nəticədə gözləri əvəzi çıxılmaz zərbələrə məruz qaldı. Haqqsevər mücahid və mömin Hacı Əlikram elə bir halda həbsxananı tərk etdi ki, həbsdə olduğu zaman öz gözlərinin nuru və görmə qabiliyyətinin 80 faizindən çoxunu itirmişdi.
Hacı Əlikram uzun illər boyu həbslərə və işgəncələrə məruz qalmasına rəğmən İslam Peyğəmbəri Həzrət Məhəmməd(s.ə.s)in səhabələrindən olan Əbuzər Qəffari kimi şücaətli və açıq formada zalımlara qarşı qiyam edirdi və İslam dinini müdafiə edirdi.
Hacı Əlikram son illərdə müalicə üçün dəfələrlə Təbriz və Tehrana səfər etdi və öz ömrünün son aylarında uzun müddət olaraq, müalicə üçünTehranın Xatəmül-Ənbiya(s.ə.s) Xəstəxanasında qaldı.
Bu yorulmaz mübarizin kədərləndirici vəfatından sonra Hacı Əlikramın cənazəsi cümə günü 1389-cu hicri şəmsi ili isfəndin 27-i 2010-cu milad ili martın 17-də dini Nardaran qəsəbəsində əzəmətli dəfn mərasiminin keçirilməsindən sonra Bibi-Həkimə ziyarətgahının kənarında dəfn edildi və Hacı Əlikram Allah-Taalanın dəvətinə ləbbəyk dedi.