Cenevrə şəhəri bu gün (bazar ertəsi 30 dekbar) növbəti dəfə İran ilə 5+1 qrupu eksperləri müzakirələrinə ev sahibliyi edir.
İran ilə 5+1 qrupu (Amerika, Fransa, Rusiya, Çin, İngiltərə və Almaniya) ekspertləri arasında müzakirə bu gün Cenevrə vaxtilə saat 8:00 –dən başlayır.
İranın xarici işlər nazirinin beynəlxalq və siyasi işləri üzrə baş idarəsinin müdiri, keçmişdə olduğu kimi bu müzakirəlrdə də İranlı heyətə başçılıq edir.
İranın xarici işlər nazirnin müavini və İranın ali nüvə müzakirəçisi Seyid Abbas İraqçı ötən gün (bazar 29 dekabr) deyib: Əgər ekspertlər bazar ertəsi keçirdiyi iclasda lazımı nəticələr əldə etməyə müvəffəq olmasalar, iclas çox ehtimal üzrə yüksək səviyydə keçiriləcəkdir.
İraqçı bu müzakirələrin Cenevrə anlaşmasının icra metodlarına nail olmaq üçün keçirilməsini deyərək bildirib: Bu anlaşmaya nail olmaq üçün zamana ehtiyaclıyıq və hələ problemlər mövcuddur və bəzi sahələrdə anlaşmanın icra ediləmsi üçün birgə fikirə nail olmamışıq lakin ekspertlər səviyyəsində lazımı nəticənin əldə edilməsinə ümidvarıq.
İran və 5+1 qrupu ekspertləri arasında müzakirələr 19 dekbardan etibarən 4 gün müddətində Cenevrə şəhərində başlayıb və müzakirələrin 5 turu keçirildikdən sonra, Krisməs tətil günləri üçün dayandırılıb.
İran ilə 5+1 qrupu arasında ekspert Müzakirələrin ilk dövrü 9 dekbar Vyanada keçirilərək ABŞ-ın İran əleyhinə yeni sanksiyalar tətbiq etməsi üçün İranın müzakirə heyəti müzakirələri dayandıraraq Tehrana qayıdıb.
