İraqXƏBƏRLƏR

ABŞ-ın İraq müharibəsi: 2 trilyon dollar vəsait və 189 min tələfat

Aparılan yeni bir araşdırmaya əsasən, ABŞ İraq müharibəsində 2 trilyon dollar, o cümlədən 490 milyon dollar müharibədə iştirak etmiş köhnə əsgərlərə vəsait xərcləyib.

 

Səhər telekanalı internet portalının verdiyi məlumata görə, təxminən 30 universitet müəllimi tərəfindən ABŞ-ın Braun Universitetinin Vatson Beynəlxalq Araşdırmalar Müəssisəsində hazırlanan son hesabatda həmçinin bildirilir ki, Birləşmiş Ştatların İraqa 2003-cü ildən təcavüzü zamanından indiyə qədər ən azı 189 min həlak olub.

 

Bu hesabatda bildirilir ki, Amerikanın İraq müharibəsində 134 min İraqın mülki vətəndaşı həlak olub. Lakin tələfatla əlaqədar bu rəqəmin dördqat yuxarı olmasının mümkünlüyü əlavə olunur.

“Müharibə xərcləri layihəsi” sonda nəticə çıxarır ki, Vaşinqton çəkişməli illər və İraqı işğal etməkdən o qədər də xeyir götürməyib.

 

Amerikanın İraq müharibəsinin 10-cu ili ərəfəsində yayımlanan bu hesabatda qeyd olunur ki, bu neft ölkəsi bu işğalın mənfi nəticələrindən əziyyət çəkir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu