İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Dohada keçirilən 24-cü Ərəb Liqası dövlət başçılarının sammitinin bəyanatında İranın üçlü adaları barəsində əsassız iddiaların təkrarlanmasını rədd edib və onu İranın daxili məsələlərində yersiz müdaxilə adlandırıb.
“Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları İran İslam Respublikası ərazisinin ayrılmaz hissəsidir” –deyə Ramin Mehmanpərəst bildirib.
İranın XİN sözçüsü vurğulayıb: Regionun bəzi ölkələrinin rəsmiləri tərəfindən əsassız iddiaların təkrarlanması həssas Fars körfəzində stabillik və təhlükəsizliyin qorunmasına və davam etməsinə kömək etməyəcək və mövcud həqiqətlərdə dəyişiklik yarada bilməz.