
Böyük Rəhbərin Təbriz əhalisi ilə görüşü başladı. Təbriz əhalisinin İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ilə görüşü başlayıb.
29 bəhmən (17 fevral) Təbriz əhalisinin İranda şahlıq rejiminə qarşı qiyamının ildönümü münasibəti ilə bir qrup Təbriz əhalisi Böyük Rəhbərlə görüşür.
Həzrət Ayətullahülüzma Xamenei Təbriz əhalisi ilə görüşdə buyurublar: Biz inanırıq ki, atom silahı məhv edilməlidir. Atom silahı düzəltmək istəmirik. Amma buna inanmasaydıq və atom silahı düzəltmək istəsəydik, heç bir qüdrət qarşımızı ala bilməzdi.
Bu görüş və Böyük Rəhbərin çıxışı ətraflı şəkildə təqdim olunacaq.




