Arif: Etnoslar müavinliyi yaradacağam

İran prezident seçkilərinin təbliğat –təşviqat mərhələsində dövlət televiziyasında çıxış edən İslahatçıların namizədi Prezident Administrasiyasında etnoslar müavinliyi yaradacağını deyib.

2-ci kanalın canlı efirində seçki platformasını şərh edən Məhəmmədrza Arif bildirib: “Konstitusiyaya əsasən, iranlı qövmlər və azlıqların hüquqlarına həmişəkindən daha artıq şəkildə xüsusi diqqət yetirəcəm, Prezident Administrasiyasında etnoslar müavinliyi təşkil edəcəm.”

Arif, qələbə çaldığı təqdirə İranın nüvə enerjisindən istifadəsinin necəliyi haqda deyib: BMT TŞ-də qaldırılmış İranın nüvə işi siyasiləşmiş işdir ki, bəzi qüdrətlərin nüfuzu ilə qaldırılıb. Bütün dünya bilir ki, bizim hədəfimiz ölkənin Perspektiv Sənədinə əsasən, bütün modern texnologiya və dinc nüvə texnologiyasından maksimum istifadə edək. Perspektiv Sənədə əsasən, İran regionda birinci yerdə duran inkişaf etmiş bir ölkə olmalıdır”.

Bu islahatçı namizəd özünün iqtisadi proqramı barədə söyləyib: Bizim bugünkü mühüm məsələmiz, bahalıqdır. Mən bahalığı nəzarət altına almaqla səkkiz faizlik iqtisadi inkişafı planlaşdırmışam. Konstitusiyanın qırx dördüncü maddəsinə əsasən, özəlləşdirməni davam etdirəcəm.

Arif korrupsiya ilə mübarizəni özünün ciddi proqramlarından bildirib : Korrupsiya, xüsusən iri korrupsionerlərlə ciddi mübarizə edəcəyik və bu mübarizəni yaxınlarımdan başlayacağam, hətta milli mənafe naminə öz qanuni haqqımdan belə keçəcəyəm.

Exit mobile version