Astarali millət vəkili rəsmi bakının İranlı müəllimə qarşı qeyri dost münasibətinə etiraz edib

Astara əhalisinin parlamentdəki nümayəndəsi, parlamentin 9-cu dövründə milli təhlükəsizlik komitəsinin sədr muavini, İranın xarici işlər nazirinə yazılı xəbərdarlıq edib. Xəbərdarlıqda istənilir ki, İranlı müəllimlərə rəsmi Bakı tərəfindən viza və müvəqqəti uçot verilməməsinə baxılsın.

Səfər Nəiminin Əli Əkbər Salehiyə yazılı xəbərdarlığında deyilir: Azərbaycan respublikasında fəaliyyət göstərən İranlı dövlət işçilərinə viza ilə əlaqədar problemlər yaradılmasının ardınca səkkiz aydır ki, rəsmi bakı İran məktəbinin kadrına o cümlədən müəllimlərinə müvəqqəti uçot və viza verməkdən boyun qaçırır. Həmin müəllimlərin ailələri mənə müraciət edib bu mövzuya aydınlıq gətirilməsini istəyiblər.
Astara əhalisinin İslami şura məclisindəki nümayəndəsi İran İslam Respublikasının XİN başçısından Azərbaycan respublikası rəsmiləri ilə müzakirə apararaq məsələni həll etməsi, rəsmi Bakı tərəfindən məsələnin həll olunmadığı təqdirdə isə, qarşılıqlı təşəbbüslər həyata keçirməsini istəyib.

↑
Mobil sürümden çık