
İran İslam Respublikası kəskin sanksiyaların tətbiq olunmasına baxmayaraq, dünyada mavi yanacağın ehtiyatda saxlanılmasında ən böyük ölkələrdən birinə çevrilib.
İranın Təbii Qazın Ehtiyatda Saxlanılması Şirkətinin icraçı müdiri Məsud Samivənd bazar günü İranın təbii qazın ehtiyatda saxlanılması sahəsindəki mövqeyi barəsində deyib: İranın cənubunda yerləşən Qumda Səracə qaz anbarının istifadəyə verilməsi ilə İran dünyada 19-cu yeri əldə edib və gələn il Şuricə anbarının istifadəyə verilməsi ilə 5-ci yerə yüksələcək.