Avropa qətnaməsi İranın daxili işlərinə müdaxiləçilik mənası daşıyır

İran islam şurası məclisinin milli və təhlükəsizlik xarici siyasət komissiyasının sədri Avropa parlamentinin İranla bağlı qətnamə layihəsini İranın daxili işlərinə müdaxiləçilik mənasında dəyərləndirib.

Əlaeddin Burucerdi bir müsahibədə Avropa parlamentinin xarici siyasət komitəsinin bu anti-İran qətnaməsinin ilkin mətninin ratifikasiyadan keçməsini yolverilməz sayıb. O deyib : Şübhəsiz ki , İİR-da nə xalq nədəki dövlət irəli sürülən belə bir məsələni qəbul etməyir.
Müsahibəsinin digər bir hissəsində Avropa ittifaqının Tehranda ofisinin açılacağı mövzusuna işarə edən Burucerdi sonra deyib : Avropa Birliyi xarici siyasət idarəsi koordinatorunun İrana səfəri zamanı onun bağışlanmaz mövqeyi və səhlənkarlığı eləcədə Avropa parlament nümayəndə heyətinin bənzər yanlışlığını nəzərə alaraq Tehranda Avropa parlamenti ofisinin açılması üçün heç bir səbəb yoxdur.
Avropa parlamentinin xarici əlaqələr komitəsi bazar ertəsi günü Avropa ittifaqının İranla bağlı strategiyası çərçivəsində İran barədə bir qətnamə layihəsinin ilkin mətni səsə qoyub , onu ratifikasiyadan keçirdi.
Bu qətnamə bu gün Avropa parlamentinin ümumi sessiyasında müzakirəyə çıxarıldıqdan sonra səsə qoyulacaq.
Bu qətnamə layihəsinin ilkin mətni insan haqları , regional məsələlər , İran – Avropa münasibətləri və nüvə proqramı kimi mövzulara şamil olur .

↑
Mobil sürümden çık