AvropaXƏBƏRLƏR

Avropa Şurası baş katibi “Gəzi Parkı” olayları ilə bağlı Ankaraya səfər edib

Avropa Şurasının baş katibi İstanbulun Gəzi Parkında cərəyan edən son etiraz aksiyaları ilə əlaqədar Türkiyə rəsmiləri ilə danışıqlar aparmaq üçün Ankaraya səfər edib.

Avropa Şurasının baş katibi Torobcorn Caqlənd Ankaraya olan səfəri zamanı gündəmdə duran əsas mövzular Türkiyə polisinin aksiya iştirakçılarına qarşı həddindən artıq güc tətbiq etməsi və söz azadlığı, media azadlığı və azad toplaşma azadlığıdır.
Caqləndin Türkiyə rəsmiləri ilə müzakirələrində müxalifətin sərt formada yatırdılması məsələsi gündəmə gətiriləcək və o, bu məsələ ilə bağlı öz nigaranlığını bəyan etməklə yanaşı bu kimi davranışların Avropa İnsan Haqları Konvensiyası habelə, Avropa İnsan Haqları Məhkəməsinin prinsipləri ilə uzlaşmadığını vurğulayacaq.
Avropa Şurası Türkiyə olayları ilə bağlı digər beynəlxalq qurumlarla müqayisədə ən passiv mövqe sərgiləyən tərəf olaraq, cari iyun ayının 16-da Gəzi Parkı olayları haqda bir bəyanat yayaraq, beynəlxalq tərəflərə xəbərdarlıq etdi.
Avropa Şurası öz bəyanatında Türkiyə vətəndaşlarının və onların sivil tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi tədbirlərin görülməsini istəyib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı