SuriyaXƏBƏRLƏR

Avropa Suriya terrorçu qruplarının köməyinə qaçır

Suriyada terrorçu qrupların son məğlubiyyətlərinin ardınca Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri bazar ertəsi günü Brüsseldə keçirilən toplantıda Suriya müxaliflərinə silah embarqosunu ləğv ediblər.

İngiltərə xarici işlər naziri Uilyam Heyq bu toplantıdan sonra deyib: AB Suriya müxaliflərinə silah embarqosunu ləğv etdi və Suriya quruluşuna qarşı digər sanksiyaları təsdiqlədi. Bu, İngiltərənin əldə etmək ümidində olduğu nəticə idi.

Həmçinin ABŞ-ın sabiq prezident namizədi və Respublikaçı senator Con Mak Keynin sözçüsü bazar ertəsi günü bildirib ki, suriyalı müxaliflərin silahlandırılmasına çalışan Mak Keyn Türkiyə sərhədindən Suriyaya daxil olaraq suriyalı müxalif başçıları ilə görüşüb.

Daily Post portalının yazdığına görə, bu görüşlərdə suriyalı müxalif başçılar ABŞ-dan ağır silah vermək, uçuş qadağası zonasını yaratmaq və Suriya rejiminə hava hücumları həyata keçirməklə müxaliflərə olan himayəsini artırmasını istəyib.

Lakin bu məsələ Suriya ordusunun Qusəyr şəhərində hücumları ilə üzləşən silahlı qruplaşmalar üçün heç nəyi dəyişməyəcək.

Suriya ordusu son günlərdə terrorçuların olduğu əsas bölgələrdən biri Qusəyr şəhərində irəliləməyi davam etdirir. Bu toqquşmalar nəticəsində çoxlu sayda terrorçu öldürülüb və yaralanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu