Həyata keçirilmiş rəy-sorğularına əsasən İngiltərə, Fransa və Almaniya ölkələrinin xalqları Qərbin Suriyaya qarşı hər cür hərbi hərəkəti ilə müxalifdirlər.
ingilislərin səksən faizi Qərbin Suriyaya qarşı hər cür hərbi hərəkəti və regionda yeni avantürist hərəkət həyata keçirməsi ilə müxalifdirlər.
Həyata keçirilmiş ən son rəy-sorğularının nəticələrinə əsasən hər beş ingiltərəlidən dörd nəfəri Suriyaya qarşı hərbi hücumla müxalifdirlər və bildiriblər ki: hətta əgər Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsi sübut olsa belə, İngiltərə Amerikanın Suriyaya qarşı hücum planında yer almamalıdır.
Fransa xalqından üçdə ikisindən daha çoxu ölkələrinin Suriyaya qarşı hərbi hücumu ilə müxalif olduğunu bildirib.
Həmçinin Almaniyada həyata keçirilmiş ən son rəy-sorğularının nəticələrinə əsasən bu ölkə xalqının əksəriyyəti Suriyaya qarşı hərbi müdaxilə ilə müxalifdirlər. Almanların altmış üç faizi Suriyaya qarşı hərbi hücumla müxalifdirlər və onların yetmiş yeddi faizi Berlinin bu hücumda yer alması ilə müxalif olduqlarını bildiriblər.