
İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi anti-İran Argo filmini zəif bir kino əsəri adlandırıb.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məhəmməd Xəzayi deyib: “ Argo zəif lakin İran xalqına qarşı hörmətsizlik edən bir filmdir”.
Xəzayi sonra deyib: “ Bu filmin rejissorunun, İranda İslam İnqilabından sonrakı İranı nümayiş etdirməkdə habelə İran xalqının bir-biri ilə rəftarını göstərmək zamanı düçar olduğu səhvləri, bu filmi düzəldənlərin İran mədəniyyəti ilə tanış olmadıqlarını əyani şəkildə göstərməkdədir”.
İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi həmçinin deyib: “ Argo filminin prodüseri belə bir filmi düzəltməsinə görə utanc içində olmalıdır”.
İran əleyhinə olan Argo filmi Oskarda ən yaxşı film habelə iqtibas edilmiş ən yaxşı ssenari və ən yaxşı montaj mükafatlarını əldə etdi.
Bu orta-səviyyəli filmə başda Oskar olmaqla müxtəlif mükafatların verilməsi ilə bu filmin yüksək kino əsəri kimi göstərilməsinə səy göstərilsə də, bu hərəkət belə bir filmin yüksək-səviyyəli bir filmlə çox fərqli olduğunu başa düşən kinoşünaslar və kino sahəsindəki adlım şəxsiyyətlər tərəfindən kəskin tənqidlərlə üzləşib.
