Suriyaya ezam olunmuş 10%-dən çox avropalı ifratçı terror əməliyyatı törətməyə hazırdır.
RTBF telekanalının məlumatına görə, belçikalı ekspert və Avroada terrorizmlə mübarizə üzrə koordinator Jil De Kroşof Suriyaya ezam olunan bəzi avropalı ifratçıların terror aktı törətməkdən söz açdıqlarını deyib.
O müsahibəsində xatırladıb: Suriyalı terrorçuların kənarında döyüşməyə ezam olunan avropalıların sayı 2 min nəfər təxmin edilir.
De Kroşofun sözlərinə görə, Suriyadan qayıdan ifratçılar gec-tez cinayət əməllərinə əl atacaqlar.
Belçikalı ekspert Avropada yəhudilər və şiələrə qarşı ifratçıların hərəkətləri ilə bağlı xəbərdarlıq edib.
Suriyaya avropalı ifratçıların ezam olunması və bu şəxslərin öz ölkələrinə qayıtdıqdan sonra terror aktları törətməsi təhlükəsi Avropa rəsmiləri üçün kabusa çevrilmişdir. Adətən suriyalı terrorçuları dəstəkləyən avropalılar bu nigaranedici fenomenlə mübarizə üçün xüsusi təhlükəsizlik tədbirləri görürlər.