Avstraliya sionist rejimin “X Məhbus”unun ölümü haqda izahat verməsini zərurətinə təkid edib

Avstraliya sionist İsrail rejimindən avstraliyalı-israili olan və İsrail həbsxanasında intihar etməsi iddia edilən Mossad agentinin ölümünün detalları haqda izahat verməsini istəyib.

Avstraliyanın xarici işlər naziri Bab Kar bazar günü(17 fevral) bildirib ki bu nazirlik öz şübhələrini aradan qaldırmaq və öz suallarına cavab tapmaq üçün Tələviv rejimi tərəfindən Ben Zigir-in şübhəli ölümünün səbəbləri və detalları haqda bir rəsmi hesabat verməsini istəyir.

“X məhbusu” adı ilə tanınan 34 yaşlı Ben Zigir Mossad agenti olub və 2010-cu ildə sionist İsrail rejimi həbsxanalarında dünyasını dəyişdi. İsrail onun zindanda özünü asdığını iddia edir.

2013-cü il fevralın 12-də Avstraliyanın ABC Telekanalında T.Burman adlı bir jurnalist bir reportajda Tələviv həbsxanasında sionist rejimin bir kəşfiyyat amilinin ölümünü ifşa etdi. Bu jurnalist “X Məhbusu” adı ilə tanınan bu şəxsin adının Ben Zigir olduğunu bildirib və deyib: “ Bu avstraliyalı-israilli şəxs 2010-cu ilin dekabr ayında Tələviv yaxınlığındakı Ayalon həbsxanasında asıldığı zaman tapıldı.

Bu elə bir haldadır ki, Avstraliyanın ABC telekanalının məlumatına əsasən onun karsı kameralarla təchiz edilmişdi ki, intihar kimi hadisələrin qarşısı alınsın.

Amerikanın Nyuyorktayms Qəzeti 2013-cü il fevralın 14-də Küveytin Əl-Cəridə qəzetinə istinadən belə məlumat verib: “ Ben Zigir 2010-cu ildə Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın keçmiş hərbi rəsmilərindən olan Mahmud Əl-məbhuhun terroru üzrə fitnəkar planında əli olmaqda şübhəli bilinən 26 şübhəlidən biri olub”.

Terror amillərinin təqibində və nəzarətində olan Mahmud Əl-Məbhuh 2010-cu ilin yanvar ayında Dubaya çatdıqdan sonra yerləşdiyi hotelin otağında qətlə yetirildi .

Yayılmış məlumatlara əsasən terrorçular Birləşmiş Ərəb Əmirlikləri torpağına daxil olmaq üçün saxta Avstraliya, İngiltərə, İrlandiya, Almaniya və Fransa pasportlarından istifadə ediblər.

Bu məlumatda belə bildirilib: “ Görünür “ X Məhbusu kod adı ilə tanınan və bir onillik Mossada çalışan Zigir öz canını qorumaq üçün saxta pasportlardan istifadə edən şəxslərin siyahısı, şəkillərini və onlar haqda dəqiq məlumatları Dubay rəsmilərinin ixtiyarına verib”.

Belə bir halda Sionist İsrail rejiminin amilləri əməliyyatdan bir ay sonra , saxta pasportlar sirini ifşa etməsi haqda Ben Zigirə şübhə etmələrinə görə onu, gizləndiyi yerdən oğurladılar və onu xəyanət ittihamı ilə həbs etdilər.

↑
Mobil sürümden çık