Baş redaktorun döyülməsi həm rəsmi Bakı, həm də sionist rejimə rüsvayçılıq “bəxş etdi”
Sionist İsrail rejiminin Bakıdakı səfirliyinin həbsdə olan islamyönlü Azadxəbər saytının baş redaktoru Nicat Əliyevi istintaqa cəlb edərək onu tam həyasızlıqla döydürməsi həm Azərbaycan Respublikası hökumətinə, həm də sionist İsrailə rüsvayçılıq qazandırdı. Belə ki, sionist rejim səfirliyi dərhal bu mövzunu inkar etməyə məcbur oldu. Nəzərə almaq lazımdır ki, Nicat Əliyev Azərbaycan Respublikasında dövlət çevrilişinə cəhd, silah və narkotik saxlama ittihamı ilə həbs olunub.
Hal-hazırda jurnalistə qarşı irəli sürülən təhlükəsizlik ittihamından aydın olur ki, onu məhz bu səbəbdən səfirliyə aparıb ifadə almaq üçün işgəncə ediblər və bu, öz-özlüyündə çox ciddi bir məsələdir və Bakının sionist rejimlə “təhlükəsizlik əməkdaşlığı” çərçivəsində əsaslandırılır. Zira son illər sionist rejimin xüsusi xidmət orqanı olan Mossad “terrora qarşı mübarizə”də Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının əsas məsləhətçisinə çevrilib. Lakin aydın məsələdir ki, bu xüsusda terrora qarşı mübarizə respublikada dindarların susdurulması üçün sadəcə bir örtük rolunu oynayır. Çünki Azərbaycan Respublikasında şiə dindarlarına qarşı repressiya maşını işə salınıb və Mossad da şiəliyi tapdaq altına salmaqda rəsmi Bakıya yardımçıdır.
Əslində Mossad Təşkilatının Azərbaycan Respublikasında mümkün terrorun qarşısını almağa həvəsi olmamalıdır. Eyni zamanda müstəqilliyinin əvvəlindən bu günədək Azərbaycan Respublikasında baş verən terror aktlarının şiələrə, dindar müsəlman əhaliyə heç cür aidiyyəti yoxdur. O cümlədən Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum olayın.
Bütün bu terrorların qurbanlarını günahsız insanlar təşkil edir. Mossad Təşkilatının bu kimi terror aktlarına qarşı mübarizə aparması isə inandırıcı görünmür. Əksinə sionist rejimin müsəlmanlarla düşmənçiliyinə xatir tam qətiyyətlə demək olar ki, müsəlman xalqa qarşı yönəlmiş bütün teraktların arxasında ya daşnak terror təşkilatları dayanır, ya da sionist terror təşkilatları.
Bu arada sionist rejimin Mossad Təşkilatı təkcə yalan yerə guya bu rejimin səfirliyinə, Sxonot yəhudi təşkilatının nümayəndəliyinə, BBC şirkətinə, Amerika səfirliyinə və sair qərb nümayəndəliklərinə qarşı terror planlarını aşkarlamaqla məşğul olub və özünün yalançı ssenariləri əsasında dindar gənclərin Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tutulmalarına şərait yaradıb. Bu istiqamətdə sionist rejimin Nicat Əliyevin dindirilməsindəki rolunun faş olunması bu rejimin Azərbaycan Respublikasının polis və təhlükəsizlik orqanlarına xərçəngvari nüfuzunun bariz nümunəsidir. Xərçəngvari nüfuz İsrailin Bakıdakı keçmiş səfiri Arkadi Milmanın Heydər Əliyev vaxtı ANS telekanallının rəhbəri Vahid Mustafayevi “Siz bizim qolumuzsunuz” xitab etməsi ilə başlandı və əgər o vaxt irqçi rejim səfirinin boşboğazlığına reaksiya göstərilsə idi, indi İlham Əliyevin hökuməti İsrail rejiminin islam dünyasında ən yaxın müttəfiqinə çevrilməmişdi və islamçı jurnalistin Mossad agentləri tərəfindən idarə olunan “səfirliyində” döyülməsi adi bir məsələ kimi qələmə verilməzdi.