AzərbaycanİranXƏBƏRLƏR

Mehmanpərəst: İran və Argentina arasındakı müqavilə layihəsi parlamentə təqdim olunub

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Amya cinayət işi barəsində İran və Argentina arasındakı müqavilə layihəsinin İran İslam Şurası Məclisinə göndərildiyini bildirib.

Ramin Mehmanpərəst bazar günü İRNA-ya müsahibəsində deyib: 1994-cü ildə Argentina Yəhudilər Mərkəzi Amya partlayışı barəsində faktaraşdırıcı komitənin təşkili ilə bağlı qanuni prosesin təsdiqlənməsi üçün İran İslam Respublikası ilə Argentina arasındakı müqavilə layihəsi İran İslam Şurası Məclisinə göndərilib.

1994-cü il 18 iyulda sionist rejim-Argentina ikitərəfli cəmiyyəti və sionist rejim-Argentina cəmiyyətlər heyəti adlı Argentina yəhudilərinə bağlı iki mərkəzin binası Buenos Ayresdə partladıldı. Nəticədə 85 nəfər həlak oldu, 250 nəfər də yaralandı.

Sionist medialar bu partlayışdan sonra İran İslam Respublikasını bu partlayışda əli olmaqda ittiham edib.

İran İslam Respublikası rəsmiləri dəfələrlə bildiriblər ki, bu ittiham yalnız sionistlər tərəfindəndir və indiyə qədər İran İslam Respublikasının bu partlayışda əlinin olması ilə əlaqədar heç bir fakt təqdim olunmayıb.

İran İslam Respublikası və Argentina xarici işlər nazirləri 2013-cü il 27 yanvarda Amya cinayət işinin araşdırılması çərçivəsinin təyin olunması üzrə razılaşma imzaladılar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu