AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

Bakıda baş vermiş yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Paytaxtda “Lexus” və “VAZ-2107″nin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən mayın 10-da saat 03 radələrində paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakinləri Firdovsi Əliyevin idarə etdiyi “Lexus” və Tural Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. T.Rəhimovun sərnişinləri – Təbriz və Səfa adlı şəxslər hadisə yerində ölmüş, özü, habelə F.Əliyev və sərnişini Arifə xəstəxanaya yerləşdiriliblər.

T.Rəhimovun vəziyyəti ağır, digərlərinə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu