Titul millət milli çoxluq, dövləti quran, yaradan, onun sahibidir!!
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri ölkədə hətta erməni azlıqların da hüquqlarının tam təmin olunduğunu bildirib.
Müzəffər Talıblı deyib : “Bu yaxınlarda bir erməni pasportu ilə əlaqədar şikayət edib, məhkəmədə qalib gəlib. Mətbuat Şurasında erməni ilə bağlı bir məsələ müzakirə olunmuşdu. Etnik zəmində Azərbaycanda ayrı-seçkilik, hüquqpozma faktı yoxdur”.
Prezident Administrasiyasının təmsilçisi talışların hüquqlqrını tələb edən siyasi fəallarla bağlı deyib : “Sizə məsləhət görərdim ki, cənub bölgəsinə gedib, oradakı işləri, şəraiti görüb, müqayisə edəsiniz. Rayonlarda bu adamlara münasibət nifrətdən o tərəfədir”.
Prezident Administrasiyasının rəsmisi əlavə edib : “20 ildir dövlət radiosunda hər biri 15 dəqiqə olmaqla həftədə iki dəfə veriliş yayılır”.
Etnik azlıqların dilində regional televiziyaların açılması mümkündürmü? Sualına cavabda Prezident Administrasiyasının rəsmisi əlavə edib : “Gəlin bunu Milli Teleradio Şurasından soruşaq. “Televiziya və radio yayımı haqqında” qanun var. Özəl televiziya kimi bəlkə də mümkündür. Ruslar, yəhudilər, almanlar, talışlar, udinlər haqqında cild-cild kitablar nəşr edilib. Azərbaycan bu sahədə Ermənistan, Gürcüstan, Rusiya ilə müqayisə edilsə, heç birində belə vəziyyət yoxdur”.
Qanuni ayrı-seçkiliklə bağlı Talıblı deyib : “Diskriminasiya və başqa hallar sovet dönəmində titul millətə aid idi, bunları qarışdırmayın. Həmin dövrdə zərbə də ilk növbədə titul millət olan Azərbaycan türklərinə dəyirdi. Titul millət milli çoxluq, dövləti quran, yaradan, onun sahibi olan deməkdir. İngiltərədə ingilis, Rusiyada rus, Fransada fransız nədirsə, titul millət də odur”.