Ayətullah Sistaninin nümayəndəsi Hüseyn(ə) əzadarlarının təhlükəsizliyinin təminini istəyib

İraq şiələrinin böyük təqlid mərcəyinin nümayəndəsi Hüseyn(ə) əzadarlarının himayəsi və təhlükəsizliyinin təmin edilməsini istəyib.

İraqın Süməriyyə xəbər portalının məlumatına görə, İraq şiələrinin böyük təqlid mərcəyinin nümayəndəsi Seyid Əhməd Əl-Safi Kərbəlada cümə namazı xütbələrində deyib: Mərkəzi dövlət və yerli məsul şəxslər İraq ordusunun qələbələrinin davam etməsi üçün onları himayə etməlidirlər.
Əhməd Əl-Safi həmçinin Məhərrəm ayı günlərində Hüseyn(ə) əzadarlarının təhlükəsizliyinin qorunması vacibliyinə toxunaraq, təhlükəsizlik qüvvələrindən istəyibdir ki, terrorçuların əzadarlara qarşı ehtimal olunan hücumları ilə bağlı sayıq olsunlar.

↑
Mobil sürümden çık