DünyaXƏBƏRLƏR

Almaniya və 3 ölkə Təhlükəsizlik Şurasında əsaslı islahatların həyata keçirilməsini istədilər

Almaniya, Yaponiya, Hindistan və Braziliya BMT Təhlükəsizlik Şurasında əsaslı islahatların həyata keçirilməsini istədilər.

İRİB-nin verdiyi məlumata görə qeyd edilən ölkələr bu haqda birgə bəyanat yayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında əsaslı islahatların həyata keçirilməsini istədilər ki, bu şura 21-ci əsirin reallıqları və beynəlxalq vəziyyəti ilə ahəngdarlığa malik olsun.

Almaniyanın xarici işlər naziri Guido Vestervelle Təhlükəsizlik Şurasının hazırkı vəziyyətinə görə BMT-də günü-gündən artan narazılıqlara toxundu.

Bundan öncə də İslam ölkələri BMT Təhlükəsizlik Şurasında böyük müsəlman ölkələrinə yerin nəzərdə tutulmasını istəmişdilər.

Hazırda yalnız Amerika, Rusiya, İngiltərə, Fransa və Çindən ibarət olan 5 ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər və veto haqqına malikdirlər. Bir çox ölkələr bu vəziyyətə etirazlıdırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu