AsyaDünyaİranXƏBƏRLƏR

Sepah təyyarə oğurluğu əməliyyatı üzrə 26 halı zərərsizləşdirib

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın mühafizə xidmətinin rəis əvəzi iki il öncəyə qədər Sepah tərəfindən təyyarə oğurluğu əməliyyatı üzrə 26 halın zərərsizləşdirildiyini bildirib.

General Məhəmməd Həsən Kazimi bu gün Sepahın Təyyarə Mühafizəsi qurumunun təşkil olunmasının ildönümü günü münasibəti ilə keçirilən mətbuat konfransında deyib: İslam İnqilabının qələbəsindən sonra düşmən islamın müqəddəs quruluşu üçün çoxlu məkrli planlar yaratdı. Bu planların ən önəmlisi şəxsiyyətlərin terror olunması, partlayışlar və elan olunmamış müharibə idi.

1984-cü ildə İmam Xomeyninin (rə) birbaşa göstərişi ilə təyyarələrin mühafizəsinin İran İslam İnqilabı Keşikçilər Korpusuna tapşırıldığını bəyan edən general Kazimi söyləyib: O zamandan iki il öncəyə qədər Sepah tərəfindən təyyarə oğurluğu əməliyyatı üzrə 26 hal zərərsizləşdirilib və bundan başqa xüsusi bir hal qeydə alınmayıb.

Sepahın mühafizə xidmətinin rəis əvəzi bildirib: Təyyarə oğurluğu əməliyyatının mənşəyi düşmən ölkələr, o cümlədən ABŞ və sionist rejim idilər ki, düşmən və əks-inqilabçı şəxslər tərəfindən həyata keçirilirdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu