Dünya

Ayətullah Abbas Kəəbi: Potensiallardan istifadə etməmək və imkanları boşa vermək zülmdür

Ayətullah Abbas Kəəbi: Potensiallardan istifadə etməmək və imkanları boşa vermək zülmdür

Ayətullah Abbas Kəəbi məhsuldarlığın idarə edilməsinin dirçəldilməsini və bütün potensiallardan istifadəni cihad nümunəsi adlandırıb. O, Allahın maddi və mənəvi inkişaf imkanlarını insanın ixtiyarına verdiyini bildirib.

Ayətullah Abbas Kəəbi qeyd edib ki, mis kimi bir məhsuldan çoxsaylı məhsullar istehsal etmək və ölkə üçün neft satışından əldə olunan gəlir qədər sərvət yaratmaq mümkündür. O, mövcud potensiallar qarşısında “olmaz” və “bacarmarıq” ifadələrinin təkrarlanmasını zülm və nemətlərə nankorluq nümunələrindən biri kimi qiymətləndirib.