AzərbaycanXƏBƏRLƏR

Azərbaycan R-dan İrana vərəm xəstəliyi daxil olub

İranın Ərdəbil Ostanının Vərəm Xəstəliyi ilə Mübarizə İdarəsinin koordinatoru Azərbaycan Respublikasından vərəm xəstəliyinin İrana daxil olmasına görə bu ostanda vərəm xəstəliyinin artması haqda xəbərdarlıq edərək, bu haqda lazımi hərəkətlərin həyata keçirilməsini istədi.

İranın Ərdəbil Ostanının Vərəm Xəstəliyi ilə Mübarizə İdarəsinin koordinatoru bu ostanın Tibb Elmləri Universitetinin Xəbər Portalında bildirib: “Vərəm xəstəliyinə yoluxmuş Azərbaycan Respublikası vətəndaşlarının bu ostana çoxlu gediş-gəlişləri və onların bu ostan xəstəxanalarında müalicə üçün qalmaları vərəm xəstəliyinin Ərdəbil ostanında yayılmasının şiddətlənməsinin mənşəyidir. Çünki Azərbaycan Respublikası vətəndaşları hal hazırda heç bir viza rejimi olmadan və lazımı nəzarətlər həyata keçirilmədən Ərdəbil Ostanına daxil olurlar”.

O deyib: “ Hal hazırda Ərdəbil ostanında vərəm xəstəliyinə yoluxmuş 139 xəstə vardır ki, onların əksəriyyəti müalicə qarşısında müqavimətli olan xəstəlik növündəndirlər və bu xəstəliyin, xəstələr vasitəsilə bütün ölkəyə yayılması ehtimalı vardır”.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu