AzərbaycanXƏBƏRLƏR

Azərbaycan R. vətəndaşları Misirdən çıxırlar

Azərbaycan R-nın Misirdəki səfirliyi bu ölkə vətəndaşlarının Misirdən çıxmaları ilə bağlı texniki məsələlərin araşdırılmasına başlayıb.

Azərbaycan R-nın Misirdəki müvəqqəti işlər vəkili- Elnur İsmayılov bazar günü elan edib ki, indiyə kimi Azərbaycan R. vətəndaşlarından əlli nəfərin adı Misirdən çıxmaq üzrə siyahıda yerləşdirilibdir.

O, həmçinin deyibdir ki, texniki problemlərin həllindən sonra bu şəxslər Azərbaycan R-na qayıdacaqlar.
İsmayılov eyni zamanda bildirib ki, Azərbaycan R-nın Misirdəki səfirliyinin işçiləri bu ölkədəki işlərini davam etdirəcəklər.

Azərbaycan R. prezidenti- İlham Əliyev şənbə günü bu ölkə vətəndaşlarının Misirdən çıxarılmaları haqda göstəriş veribdir.
Misirdə diktatorluq devriləndən sonra Bakıda Azərbaycan-Misir dostluq parkında Misirin sabiq diktatoru Hüsni Mübarəkin şərəfinə ücaldılan heykəlin sökülməməsi də qalmaqala səbəb olmuşdur.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı