AsyaDünyaİranXƏBƏRLƏR

İran prezident: Neft qiymətlərindəki eniş sui-qəsddir

İran prezidenti Həsən Ruhani, neft qiymətlərinin salınmasını “sui-qəsd” olaraq xarakterizə edərək, sui-qəsdi planlayanların peşman olacağını söylədi.

İran rəsmi agentliyi IRNA’nın xəbərinə görə, Buşehr Şəhid Beheşti stadionunda xalqa xitab edən Ruhani, neft istehsalçısı Ərəb ölkələrinin iqtisadiyyatlarının neftə bağlı olduğunu və bu səbəbdən neft qiymətlərinin salınmasında, İrandan daha çox onların zərər görəcəyini bildirib.

Ruhani, Səudiyyə Ərəbistanı iqtisadiyyatının yüzdə 80, Küveytin iqtisadiyyatının isə yüzdə 90 nisbətində neftə asılı olduğunu, bu ilki büdcədə İran iqtisadiyyatının neft asılılığının isə yüzdə 33 olduğunu ifadə edərək, belə davam etdi:

“Neftin qiyməti bu gün, əvvəlki aylara nisbətən yarı yarıya düşsə də bilin ki bəzi ölkələrə qarşı qiymətləri aşağı salmağı planlayanlar peşman olacaq. İran neft qiymətlərinin salınmasında zərər görə bilər ancaq Səudiyyə Ərəbistanı və Küveyt kimi digər istehsalçılar daha çox zərər görəcək. ”

Neft qiymətlərin salınmasını “sui-qəsd” olaraq xarakterizə edən Ruhani, “Bu sui-qəsdi da atlatacağız. Neft qiymətlərinin enişi uzun müddət davam edə bilməz “dedi.

Ruhani, İrana tətbiq olunan beynəlxalq və ABŞ-ın tək tərəfli tətbiq sanksiyalara da toxunaraq, bunları ifadə etdi:

“Daha əvvəl İrana qarşı embarqolar mövzusunda zalımca addım atanlar bu gün yenidən embarqo cəhdində bilər ancaq mən buradan təhdid və embarqo dövrünün sona çatdığını elan edirəm. Əgər 5 + 1 və digər müzakirəçilərdən, İran qarşısında məntiqə uyğun və sürətli bir şəkildə yol almazlarsa, özlərinin zərər görəcəklərini bilməlidirlər. “

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu