Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. Hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb.
Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı Namiq Həmidov düşmən gülləsinə tuş gəlib.
Azərbaycan Respublikası Ordusunun əsgəri xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrləri prezident İlham Əliyev ilə görüşlərindən bir neçə gün sonra baş verib.
2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 42 nəfərə çatıb. İtkilərin 8-i döyüş, 34-ü isə qeyri-döyüş itkisidir.