Tarixi Əməvi Məscidi ilə bağlı yayımlanan son fotoşəkillər və videoyazılar bu tarixi İslam əsərinə terrorçular tərəfindən vurulan zərər və ziyanların miqyasının nə qədər böyük olduğunu açıqlayır.
Bu təsvirlərdən aydın olur ki, terrorçular və silahlı qiyamçılar bu məscidi özləri üçün silah anbarı və hərbi düşərgəyə çeviriblər.
Bundan öncə də terrorçular İslam tarixinin ən məşhur əsərlərindən olan bu məscidin minarələrindən birini partlatmışdılar.
