Myanmar dövləti , Raxin əyalətində müsəlmanların son qırğını haqda məsuliyyətlərindən boyun qaçıraraq bu haqda təhqiqatların həyata keçirilməsinin qarşısını almağa cəhd edir.
Myanmarın xarici işlər nazirliyi bir bəyanat yayaraq , yanvarın 13-də Duçi Yartan kəndində öldürülən şəxslərin bu məntəqəyə nüfuz edən və bir polis məmurunu öldürən yaraqlı şəxslər olduğunu iddia ediblər.
Myanmarın Xarici İşlər Nazirliyi elə bir halda bu iddianı ortaya atır ki, yayımlanmış məlumatlara əsasən, qeyd edilən kənddə öldürülən şəxslərin bir çoxu uşaqlar və qadınlar olublar.
Beynəlxalq təşkilatlar və bir çox ölkələr 13 yanvarda da 40 müsəlmanın öldürüldüyü Duçi Yartan kəndində baş verən hadisə haqda təhqiqatların həyata keçirilməsini istəyiblər.
Son illər ərzində bu neçənci dəfədir ki, Myanmarda dövlət qüvvələrinin himayəsi ilə müsəlman azlığın kütləvi qırğını haqda məlumatlar yayımlanır.
Bir milyondan çox Ruhingya müsəlman Myanmarın qərbindəki Raxin əyalətində yaşayır.