AzərbaycanİraqXƏBƏRLƏR

Azərbaycan barədə İraqçidən eksklüziv

Azərbaycan R. son məsələlərinin həllində dini potensialdan istifadə edə bilər. Bunu Səhər kanalına eksklüziv müsahibəsində Abbas İraqçi deyib.

İran İslam Respublikası XİN sözçüsü Azərbaycan R-nın son məsələlərinin həllində Bakının ruhani və dini potensiallarından istifadə etməsinə işarə edərək deyib: Biz daim Azərbaycan R-nın dövləti və bu respublikanın ərazi bütövlüyünə hörmət bəsləmişik. İki ölkənin siyasi sahələrdəki həmkarlıqları və son bir neçə ayda iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri yaxşı artıma malikdir ki, bu ölkələrin başçılarının iradəsindən xəbər verir. Cənab Paşazadənin səfəri bununla bağlı son dərəcə mühüm kulminasiya nöqtəsidir ki, iki ölkə əlaqələri qabaqkından daha da yaxşı olmuş olsun, zira o, Azərbaycanda tanınmış bir simadır və bu ölkənin dindarları arasında hörmətə malikdir.

Abbas İraqçı İran ilə Azərbaycanın dini əlaqələri və iki şiə ölkənin din xadimlərinin fikir ortaqlıqlarına işarə edərək söyləyib: Bu səfərdə cənab Paşazadə İslam İnqilabının Böyük Rəhbəri, İranın prezidenti, parlament sədri, dini şəxsiyyətləri, Qum şəhərindəki böyük din alimləri ilə yaxşı görüşlər keçirib və iki tərəfin baxışlarının yaxınlaşması üçün yüksək təsirə malik olub.

İraqçı iki ölkənin rəsmi dininin İslam və şiə məzhəbinin hər iki ölkədə hakim kəsilməsinə işarə edərək əlavə edib: Dini qayda tələb edir ki, iki ölkənin din alimləri bir-biri ilə yaxın əlaqəyə malik olsunlar. Öz aralarında və dünya ilə bağlı müştərək məsələlər barədə mövqelərini yaxınlaşdırsınlar. Bu dəyərli səfərdə belə bir məsələyə təkid olundu ki, İran ölkəsinin islami prinsiplər əsasında irəlilədiyi və dini dəyərləri qorumaqla bir sıra problemlərin öz-özünə həll olunduğu kimi, Azərbaycan R-da da bu hadisələr baş verə bilər və bu, insanın öz fəaliyyəti, habelə ruhani və dini potensiallardan istifadə ilə mümkündür.

İraqçı son zamanlar Azərbaycan R-da həbs olunmuş Mikayıl Kazeminin həbs olunmasının anlaşılmazlıqdan başqa bir şey olmadığını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu