DünyaİranXƏBƏRLƏR

Böyük Rəhbər: İslam Ümməti arasında ixtilaf törətmək, imperializmin hədəflərindəndir

İslam İnqilabının Böyük Rəhbəri İslam Ümməti arasında ixtilaf və təfriqənin törədilməsini imperializm və beynəlxalq sionizmin hədəflərindən adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü (27 fevral,9 isfənd) Tehranda Pakistan prezidenti Asifəli Zərdarini qəbulu zamanı İslam ölkələri arasındakı əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsini müsəlmanların çətinliklərinin həlli üzrə mühüm amillərdən hesab ediblər.

” İslam Ümməti arasında ixtilaf və təfriqə törətmək sionistlər və hegemonçuların əsas hədəflərindəndir” –deyə İslam İnqilabının Böyük Rəhbəri qeyd ediblər.

Həzrət Ayətullahülüzma Xamenei İslam Ümmətinin bir çox problemlərinin süni habelə İslam düşmənləri tərəfindən aşılanmış problemlər olduğunu bildirərək, belə əlavə ediblər: ” İslam Dünyasının insani, təbii və coğrafi qabiliyyətləri və istedadlarının yenidən bərpası və canlandırılması bu problemlərin həllində böyük təsirlərə malikdir”.

İslam İnqilabının Böyük Rəhbəri bu görüşdə həmçinin Pakistan hökumətinin ölkədə milli vəhdəti pozan amillərlə qətiyyətli formada davranmalı olduğunu bildirərək, məzhəbi ixtilaf və təfriqənin törədilməsini təhlükəli virus adlandırıblar.
Həzrət Ayətullahülüzma Xamenei sonra belə bildiriblər: “Pakistanda məzhəb zəminində törədilən qırğınlar həqiqətən təəssüfləndiricidir və qətiyyətli formada davranmaqla, bu məsələnin Pakistanın milli vəhdətini pozmasına  icazə verilməməlidir”.

Pakistan Dövlətinin bu problemləri həlli etmək üçün yetərli qabiliyyətlərə malik olduğunu bildirən İslam İnqilabının Böyük Rəhbəri, ümidvarlıq ediblər ki, Pakistan hökuməti bu ölkədə məzhəblər və etnoslar arasındakı vəhdətin möhkəmləndirilməsində habelə Pakistanın inkişafında uğurlu olsun.

Həzrət Ayətullahülüzma Xamenei İranla Pakistan arasındakı qardaşcasına və məhəbbətlə dolu olan əlaqələrin genişliyinə və dərinliyinə işarə edərək, bildiriblər: ” Biz iki ölkənin iqtisadi, infrastruktur, siyasi, ictimai və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi zərurətinə ciddi formada inanırıq”.

İranla Pakistan arasındakı qaz boru kəmərinin Tehran-İslamabad arasındakı əməkdaşlığın mühüm nümunəsi olduğunu bildirən İslam İnqilabının Böyük Rəhbəri iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi haqda mövcud olan müxalifətlər və düşmənçiliklərə işarə edərək, belə əlavə ediblər: ” Tam qətiyyətli olmaqla bu müxalifətləri arxada qoymaq lazımdır”.
Davamlı və təhlükəsiz bir enerji mənbəyindən istifadə imkanının hər bir ölkə, o cümlədən Pakistan üçün birinci dərəcəli əhəmiyyətə malik olduğunu bildirən Həzrət Ayətullahülüzma Xamenei sonra belə bildiriblər: ” Bu məntəqədə İran İslam Respublikası etibarlı enerji mənbəyinə malik olan yeganə ölkədir və biz Pakistanın enerjiyə olan ehtiyacını təmin etməyə hazırıq”.

Pakistan prezidenti Asifəli Zərdari İslam İnqilabının Böyük Rəhbəri ilə görüşdən razılıq ifadə edərək, deyib: “Pakistan dövləti və xalqı İran İslam Respublikası ilə əməkdaşlıqları genişləndirməkdə və əlaqələrin səviyyəsini yüksəltməkdə olduqca maraqlıdırlar”.

Pakistan prezidenti həmçinin İranla Pakistan arasındakı əlaqələrdə pozuculuq törətmək istəyən bəzi qüdrətlərin cəhdlərinin məğlubiyyətə məhkum olduğunu bildirib.

” Hazırda xalqlar İslam düşmənləri qarşısında hansı şəkildə əməl edəcəklərini başa düşüblər” –deyə Zərdari qeyd edib.

Vətəndaş müharibəsi törətməyi Pakistan düşmənlərinin planı adlandıran Pakistan prezidenti sonra deyib: “Pakistan dövləti İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei-nin duaları sayəsində bu nəhs planların icrasına icazə verməyəcək”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu