Azərbaycan dilində 8-ci Beynəlxalq Rəzəvi Şer Festivalına çağırışa başlanılıb.
Bu festivalda məqsəd məsum imamlar xüsusən də Həzrəti Bab-Əl-Həvayicin (ə) yüksək xüsusiyyətləri ilə əlaqədar mədəni, ədəbi və dini fəaliyyətlərə rəvac vermək bu sahədə dəyərli əsərləri yaradanların əməyini qiymətləndirməkdən ibarətdir.
Qərbi Azərbaycan ostanının islam mədəniyyəti və irşad baş idarəsinin müdiri deyib: Bu beynəlxalq festivalda iştirak etmək istəyənlər cari ilin 20 avqustunadək öz əsərlərini festivalın katibliyinə göndərə bilərlər.
Katibliyin ünvanı isə belədir: Urmiyə şəhəri, İrşad küçəsi, İmam Xomeyni (rə) xəstəxanasının önü, Qərbi Azərbaycan Ostanınnın İslami mədəniyyət və irşad baş idarəsi, Türk dilində Beynəlxalq Rəzəvi Şer Festivalının Katibliyi.
İmam Rzanın (ə) və o həzrətin əziz bacısının, eləcə də imamzadələrin fəzilətləri, əxlaqi səciyyələri, xüsusiyyətləri, təvəssül və möcüzələr əsərlərin mövzularını təşkil edir.
Höccətül-İslam Kərimi deyib: Bu festival sentyabrın 14-15-də Urmiyənin mədəniyyət və sənət kompleksinin vəhdət zalında keçiriləcək.