Azərbaycan İqtisadi və İctimai İnkişaf Mərkəzinin Tehran-Bakı ticarət əlaqələrinin azalması haqda dəyərləndirməsi

Azərbaycan İqtisadi və İctimai İnkişaf Mərkəzinin sədri Tehran ilə Bakı arasında ticarət əlaqələrinin azalmasının ən mühüm dəlilini Azərbaycan R-nın iqtisadi dairələrinin Qərbin İrana qarşı sanksiyalarını müşayiət etmələri adlandırıb.

Vüqar Bayramov IRIB ilə müsahibədə əlavə edib: Azərbaycan R-nın əksər bankları real və qeyri-rəsmi surətdə İranla bank həmkarlıqlarını dayandırıb və ya son dərəcə ehtiyatla rəftar edirlər. Həmin məsələ də iki ölkənin ticarət mübadilələrinin azalmasına təsir edibdir.
O, həmçinin bazarda rəqabət atmosferinin olmamasını İran-Azərbaycan R. ticarət əlaqələrinin azalmasının digər amillərindən adlandırıb.
Azərbaycan R. Dövlət Statistika Komitəsinin rəsmi statistikalarının araşdırılması Azərbaycan R-nın ticarət mübadilələrinin İranla şiddətli tərzdə azaldığı, ABŞ və sionist rejim ilə isə nəzərəçarpacaq dərəcədə artdığını göstərir.
Azərbaycan R. Dövlət Statistika Komitəsinin saytında (stat.gov.az) yayılmış statistikaya əsasən, Azərbaycan R-nın İran ilə ticarət mübadilələri həcmi 2007-ci ildəki 539 milyon dollardan 2012-ci ildə 263 milyon dollaradək azalıbdır.
Bu statistikaya əsasən, Azərbaycan R-nın Amerika ilə ticarət mübadilələri həcmi 2007-ci ildəki 497 milyon dollardan 2012-ci ildə iki milyard 316 milyon dollaradək artıbdır.
Həmçinin əgər Azərbaycan R-nın sionist rejimlə ticarət mübadilələri həcmi 2007-ci ildə 400 milyon dollar olubdursa, bu rəqəm 2012-ci ildə bir milyard 728 milyon dollara çatıbdır.
Beləliklə, uzun illər boyu Azərbaycan R-nın ilk on iqtisadi şərikindən olmuş İran İslam Respublikası qonşuluğa və hal-hazırda çoxlu iqtisadi potensialın mövcud olmasına rəğmən, Azərbaycan R-nın ilk on iqtisadi şərikindən hesab edilmir.
Hal-hazırda İtaliya, Rusiya, Amerika, Türkiyə, sionist rejim, Fransa, Hindistan, İndoneziya, İngiltərə və Çin Azərbaycan R-nın ilk on iqtisadi şərikidirlər.

↑
Mobil sürümden çık