
AzərbaycanDünyaXƏBƏRLƏR
Azərbaycan Litvaya nota verdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Litvanın Bakıdakı səfirliyinə etiraz notası göndərib.
Azərbaycan Respublikası XİN-i bu gün Litvanın Bakıdakı səfirinə etiraz notası göndərərək, Litva ilə qondarma Dağlıq Qarabağ rejimi arasına parlamentlərarası münasibətlərin qurulmasını və iki tərəf arasında dostluq qrupunun yaradılmasını yolverilməz adlandırıb.
Azərbaycan Respublikasının Vilnüsdəki səfiri Həsən Məhəmmədzadə də bu məsələyə etiraz olaraq, Litva Parlamentinin spikeri və bu ölkənin xarici işlər naziri ilə görüşüb, baş verənləri araşdırıb.
Məhəmmədzadə deyib: Hər iki görüşdə Litva rəsmiləri iddia ediblər ki, bu addım Parlamentin bəzi ermənipərəst üzvləri tərəfindən həyata keçirilib və məsələ Vilnüsün rəsmi mövqeyini əks etdirmir.