AsyaDünyaİranXƏBƏRLƏR

ANS İranda millətçi hədəfləri izlədiyini etiraf edib

Yenicə İranda ofis açmaq icazəsi almış Azərbaycan Respublikasının ANS telekanalı xüsusi proqramlarda dolayısı ilə İran azərilərinin məsələlərinin izlənilməsini öz fəaliyyətinin hədəflərindən biri adlandırıb.

ANS Press saytının məlumatına görə, ANS telekanalı direktorunun müavini- Mir Şahin Ağayev tərəfindən icra olunan “Hesabat” həftəlik proqramında o, İranda ANS-in nümayəndəliyinin təsis olunması lisenziyasının alınması xəbərini elan edərək, deyib: Bu məsələ İranın qapalı bir ölkə olmasına görə deyil, İranda otuz milyon azərinin yaşamasına görə, Azərbaycan Respublikası üçün böyük nailiyyətdir.
O, həmçinin iddia edib ki, dünyanın qabaqcıl telekanalları İrandan məlumat əldə etmək üçün problemlərlə üzləşirlər və bu baxımdan ANS telekanalı onlar üçün xəbər tranziti rolunu oynayacaq.
ANS telekanalı direktoru müavininin İran azərilərinin məsələlərinə işarəsi elə bir haldadır ki, bu kanal iyirmi ilə yaxındır, İran Azərbaycanı üçün dırnaqarası və saxta “C ə n u b i Azərbaycan” terminini işlədib, anti-İran və separatçı və millətçi qaragüruhların mövqelərini çətir altına alaraq, İranı etnik azlıqların hüquqlarını pozmaqda ittiham edibdir.
– See more at: http://azeri.sahartv.ir/news/ans-iranda-mill%C9%99t%C3%A7i-h%C9%99d%C9%99fl%C9%99ri-izl%C9%99diyini-etiraf-edib-23066#sthash.m0yPHMRA.dpuf

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu