Azərbaycan Ordusu zabitini itirdi

Azərbaycan Respublikası Ordusu daha bir hərbçisini itirib. Qeyri döyüş itkiləri çoxaldı.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin əsgəri Şahverdiyev Rəfail Əli oğlunun əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş həmin hərbi hissənin zabiti, baş leytenant Məmmədov Elşən Mübariz oğluna dəyib. Nəticədə zabit aldığı güllə yarasından dünyasını dəyişib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 27 nəfər itirib. 5 nəfər döyüşdə həlak olub, 22 itki isə qeyri-döyüş itkisidir.
Torpağları rrməni işğalı altında olan Azərbaycan Respublikası ordusunu itkilərinin əksər hissəsib qeyri-döyüş itkiləridir.

Exit mobile version