AzərbaycanXƏBƏRLƏR
Azərbaycan ordusunun giziri ağır yaralanıb
Bu gün axşam saatlarında Ağdamın işğal altında olan Şurabad kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan ordusunun giziri ağır yaralanıb.
Erməni tərəfi iri çaplı pulemyotlardan açdığı atəş nəticəsində gizir Hüseynov Ramil Şahmar oğlu aşağı ətraf nahiyəsindən ağır güllə yarası alıb, vəziyyəti ağırdır.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına əsasən 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 22 nəfər təşkil edib.
İtkilərin 4-ü döyüş (erməni gülləsi), 18-i qeyri-döyüş itkisidir. Məlumata görə, üç ayda Silahlı Qüvvələrdə 20 nəfərdən çox yaralanıb və ya xəsarət alıb.
