Azərbaycan Respublikasının NATO ilə əməkdaşlıqda maraqlı olduğunu lakin bu hərbi alyansa, KTMT-a qoşulmaq niyyətində olmadığını Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov vurğulayıb.
Əli Həsənov əlavə edib : “Amma Azərbaycan Qoşulmamaq Hərəkatında iştiraka üstünlük verir!”
Mayın 24-25-də “Azərbaycanın Avropa yolu: irəliləyişlər və imkanlar” mövzusunda keçirilən konfransda Əli Həsənov çıxışında deyib: “Avropa inkişaf yolu Azərbaycan xalqının maraqlarına cavab verir, onun tarixi ənənələrinə uyğundur. Azərbaycan öz gələcəyini Avropaya inteqrasiyada görür”.
Eyni zamanda qeyd edib ki, gələcəkdə Azərbaycan hərbi bloklarda iştirak barədə qərar qəbul edə, hər hansı təşkilata daxil ola bilər, əgər “milli maraqlar tələb edərsə”.
Qeyd edilməlidir ki, qərbə inteqrasiya siyasəti sayəsində Azərbaycan Respublikasında bir çox dini və mənəvi dəyərlər məhv edilir və DQ-nın Azərbaycana qaytarılması mümkünsüzləşir.