Azərbaycan Respublikası Rusiyanın Dağıstandakı hərbi təlimlərindən nigarandır

“Krımın Rusiyaya birləşdirilməsi o demək deyil ki, Moskva öz müqəddəratını təyinetmə prinsipini prioritet sayaraq, beynəlxalq hüquqa münasibətini kardinal şəkildə dəyişib”. Azərbaycan Respublikası parlamentinın deputatı- Rasim Musabəyov “Turan”a müsahibəsində belə deyib.

Deputatın fikrincə, Moskva beynəlxalq hüquqa münasibətini tam dəyişsə idi, Krımın ardınca Kosovonun, Dağlıq Qarabağın da müstəqilliyini tanıyardı: “Rusiya hesab edir ki, Qərb gücdən istifadə edərək, beynəlxalq hüququ pozub. İndi də Moskva göstərdi ki, istədiyini edir. Amma Rusiyanın Krıma qarşı hərəkətlərinin yeni dünya düzəni, yeni beynəlxalq hüquq və münasibətlər sisteminin başlanğıcı olduğunu düşünmürəm. Dünya düzənini dəyişmək üçün Rusiyanın nə qüvvəsi, nə resursu, nə də ideologiyası var”. Belə bir halda, Azərbaycan Respublikasının siyasi dairələri Rusiyanın Dağıstandakı hərbi təlimlərini məqsədyönlü və nigaranedici dəyərləndirirlər. Bu istiqamətdə Bakıda çıxan “Azadlıq” qəzeti son sayında Rusiyanın dəniz donanması və raket bölmələrinin iştirakı ilə həyata keçirilməkdə olan bu ölkənin Dağıstandakı manevrinə işarə edərək, belə bir manevrin Azərbaycan Respublikasının sərhədləri yaxınlığında keçirilməsini məqsədyönlü addım kimi təbir edibdir. Bu qəzet amerikalı senator-Pit Olssenin Rusiyanın neftlə münbit Azərbaycan Respublikası kimi bir ölkəyə yiyələnmək barədəki niyyətlərinə dair sözlərinə işarə edərək, bu manevri rəsmi Bakıya bir xəbərdarlıq kimi dəyərləndirib. Bununla bağlı, Bakıda nəşr olunan “Gündəm Xəbər” qəzeti “Böyük təhlükə qarşısında” başlıqlı bir yazıda belə qeyd edir: Rusiya Azərbaycan Respublikasını parçalayıb, kiçik ölkələrə çevirmək yolu ilə özünə tabe etmək niyyətindədir. Bu qəzetin yazdığına görə, Rusiya prezidenti Qarabağ münaqişəsini həll etmək üçün referendum keçirərək, onu Ermənistana qatmaq fikrindədir və Azərbaycan Respublikası bu problemdən çıxmaq üçün ya Qərbə pənah aparmalı və Amerika ilə Avropanın dəstəklərini özünə cəlb etməlidir, ya da ki, Belarus kimi Rusiyanın göstərişlərinə əməl etməlidir ki, hər iki halda Qarabağ münaqişəsinin həlli rəsmi Bakının ürəyincə olmayacaqdır.

↑
Mobil sürümden çık