Azərbaycan respublikasında Qədir Xom bayramı qeyd olunub
İran və digər müsəlman ölkələrlə eyni zamanda Azərbaycan respublikasının paytaxtı Bakı və digər şəhərlərdə dünən gecə və bu gün səadətli Qədir Xom bayramı xüsusi mərasimlərlə qeyd olunub.
Azərbaycan respublikasının şiə xalqı dünən gecə və bu gün ölkənin müxtəlif bölgələrinin məscidlərində Qədir Xom bayramını şənlik mərasimləri ilə qeyd ediblər.
Bu gün Nardaran qəsəbəsinin İmam Hüseyn meydanında da çoxlu sayda dindarın iştirakı ilə səadətli Qədir Xum bayramı qeyd olunub.
Gənc fikir ictimai birliyi də bu böyük bayram münasibəti ilə Bakıda konfrans keçirib.
Azərbaycanlı qadınlar da Bakının Mədinə sarayında Qədir Xom bayramı münasibəti ilə xüsusi mərasim keçiriblər.
Bayram mərasimi həmçinin dünən gecə Bakıda İranlılar Hüseyniyyəsində də keçirilmişdir.
Azərbaycan respublikasının ayrı-ayrı şəhərlərində Qədir Xom bayramı münasibəti ilə keçirilən mərasimlərdə Qurani kərim oxunmuş, ehsan süfrələri salınmış, dini nəğmələr səsləndirilmişdir.
Bayram hazırlığı neçə gün öncədən aparılıbmış.